Bakıda məişət tullantılarının çeşidlənməsi prosesi avtomatlaşdırılacaq

Bakıda məişət tullantılarının çeşidlənməsi prosesi avtomatlaşdırılacaq

Bakıda bərk məişət tullantılarının çeşidlənməsinin avtomatlaşdırılması, yəni bir sıra Avropa ölkələrində olduğu kimi, yarı avtomatik robotlar tərəfindən çeşidlənməsinin aparılması planlaşdırılır.

Bunu "APA-Economics"ə Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin nümayəndəsi, tullantı menecmenti üzrə məsləhətçi Nik Uilson deyib.

O vurğulayıb ki, bu, prosesin tezləşdirilməsinə və yüksək effektivliyinə gətirəcək: "Həyata keçirdiyimiz layihə qısa müddət ərzində, hətta Avropa standartları ilə müqayisədə də kifayət qədər yaxşı nəticələr göstərib".

Qeyd edək ki, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış sözü gedən yeni pilot layihənin icrasına həyata keçirilir. Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət