Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Bu gün Baş nazir Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini Gülşara Abdıkalıkova ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Məmmədov UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstanın bu təşkilat çərçivəsində də fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Baş nazir deyib ki, iki ölkə arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr mövcuddur: “Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə daim bizim ölkəmizin mövqeyini müdafiə edir. Hesab edirəm ki, bu, ölkələrimiz arasındakı dostluğun təzahürüdür və digər dövlətlər üçün də yaxşı nümunə ola bilər”.

N. Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi baxımından önəmli olduğunu, G. Abdıkalıkovanın Azərbaycana səfərinin UNESKO çərçivəsində, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Qazaxıstanın ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qazaxıstanın Baş naziri Askar Maminin salamlarını çatdıran G. Abdıkalıkova deyib ki, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır. “Bizim ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq əlaqələri var. Biz hər zaman qarşılıqlı olaraq bir-birimizin maraqlarını müdafiə edirik. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət