Səhiyyə Nazirliyi: "TTY həkimlərinə boğulma ehtimalı ilə 4 nəfər müraciət edib"

Səhiyyə Nazirliyi: "TTY həkimlərinə boğulma ehtimalı ilə 4 nəfər müraciət edib"

Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də yanğının qarşısının alınması istiqamətində görülən işlər barədə açıqlama yayıb. Məlumatda qeyd olunub ki, saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət