Azərbaycanlı yazıçı Tehranın qısa film festivalında mükafata layiq görüldü

Azərbaycanlı yazıçı Tehranın qısa film festivalında mükafata layiq görüldü

Tehranda müxtəlif bölümlər üzrə 36-cı Beynəlxalq qısa film festivalı keçirilib.

Festivalda qısa hekayə bölümündə 650 əsər iştirak edib. Azərbaycanlı yazıçı Rüqəyya Kəbiri “Pasbanhaye bətnəm” hekayəsi ilə ikinciliyi əldə edib.

Xatırladaq ki, Rüqəyya Kəbirinin indiyə kimi 14 əsəri işıq üzü görüb. Onun 3 əsəri Azərbaycanda çap edilib. 2012-ci ildə Bakıda azadlıq radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində “Mavayl” adlı hekayəsi 180 əsərin içindən birinci yerə layiq görülüb. Yazıçının “Qar yağır” hekayəsi əsasında Qadir Fərivəin rejissorluğu ilə çəkilən “Qaral” filmi İranın bir neçə kino festivallarında mükafata layiq görülüb. O, Güney Azərbaycanın Xoy şəhərində anadan olub. Hazırda Təbriz şəhərində yaşayır.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət