Azərbaycan tamaşası Mersin teatr festivalında

Azərbaycan tamaşası Mersin teatr festivalında
Bu günlər Azərbaycan Dövlət İncəsənət universitetinin səhnəsində Respublikanın əməkdar artisti, rejissor və aktyor Nofəl Vəliyevin quruluşunda Kobo Abenin "Boksçu" tamaşası uğurla nümayiş olundu. Baş rolda Hilal Dəmirov çıxış edib. Plastik həll Ceyhun Dadaşov, rejissor assist. Könül Ələkbərovadır. Qeyd edək ki, bu rejissor olaraq Nofəl bəyin ilk uğuru deyil. Tamaşa həm teatr həm də tamaşaçılar tərəfindən böyük marağa səbəb olub. Tamaşanın uğuruna sübut onun Türkiyədə-Mersində keçiriləcək Teatr festivalına dəvət almasıdır. (Dəvət üçün Mersin Tiyatro dərnəyi başkanı Derya Günerə təşəkkürlər)
Bu festival 2015-ci ildən fəaliyyətə başlayıb ki, bu da qardaş dövlətlərarası mədəniyyətimizin, incəsənətimizin təbliği üçün çox yararlıdır. Festival noyabrın 15-i baş tutacaq. Bütün kollektivə uğurlar diləyirik. Azərbaycan teatrının artıq dünyəvi performans sərgiləyəcəyi bir durumda olduğuna ürəkdən inanırıq.

Təranə Feyzullayeva
Azərbaycan tamaşası Mersin teatr festivalında
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət