BMM Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzi kolleksiyasına tar hədiyyə edib

BMM Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzi kolleksiyasına tar hədiyyə edib

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə edilib.

BMM-dən APA-ya verilən məlumata görə, Tbilisi şəhərində azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir.

Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-ə minnətdarlığını bildirib.

BMM rəhbərliyi isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət