“Çernobıl” serialı "Emmi" mükafatına layiq görülüb

“Çernobıl” serialı "Emmi" mükafatına layiq görülüb

“Çernobıl” serialı “Ən yaxşı mini-serial” kateqoriyasında “Emmi” mükafatına layiq görülüb.

Arasinfo-nun “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu nominasiyaya təqdim olunanlar arasında “Dannemor həbsxanasından qaçış”, “Fossi/Verdon”, “İti əşyalar” və “Onlar bizi görəndə” serialları yer alıb.

Qeyd edək ki, “Çernobıl” HBO telekanalının çəkdiyi 5 hissəli serialdır. Ekran işi Çernobıl AES-dəki qəzaya həsr olunub.

Xatırladaq ki, “Emmi” ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu il Los-Anceles şəhərində 71-ci “Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət