Tarix İnstitutu: Dərbənd Dövlət Azərbaycan Dram Teatrı binasız qalıb

Tarix İnstitutu: Dərbənd Dövlət Azərbaycan Dram Teatrı binasız qalıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Dərbənd şəhərində yerləşən Dövlət Azərbaycan Dram Teatrının son durumu ilə bağlı açıqlama yayıb.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Dərbənddə Azərbaycan teatrı fəaliyyət göstərmir.

Teatrın direktoru Firdovsi Əsgərovun verdiyi məlumata görə, 1998-ci ildə teatra fəaliyyətdə olmayan “Rodina” (Vətən) kinoteatrının (1937-ci il tikilisi) binası verilib. Bu bina teatr normalarına uyğun gəlmədiyi üçün 2000-ci ildə sökülüb və həmin yerdə 230 nəfərlik teatr binasının tikintisinə başlanılıb. Lakin işin gedişində uzun müddətli fasilələr yaranıb, tez-tez iş dayandırılıb və 2006-cı ildə isə layihə tamamilə dondurulub.

2015-ci ildə Nizami Gəncəvi adına parkda teatrın yeni binasının inşası üçün yer ayrılıb, lakin müəyyən qüvvələr teatrın burada tikilməsinə əngəl törədiblər. Dərbənd Dövlət Azərbaycan Dram Teatrının 1998-ci ildən davam edən bina problemi həllini tapmayıb və teatr binasız qalıb.

Teatrın kollektivi 57 nəfərdən ibarətdir, onlardan 7 nəfəri Dağıstanın əməkdar artistidir. Teatr tez-tez Rusiyanın, Azərbaycanın və Türkiyənin müxtəlif şəhərlərində qastrol səfərlərində olur. Lakin teatrın binası olmadığı üçün Dərbənddə tamaşalar Ləzgi Dram Teatrının binasında göstərilir. Dərbənd Dövlət Azərbaycan Dram Teatrının ümumiyyətlə məşq meydançası da yoxdur.

Qeyd olunub ki, Dərbənddə Ləzgi və Tabasaran teatrlarının binaları həm müasir tələblərə cavab verir, həm yerləşdikləri məkanlar çox əlverişlidir, həm də məhsuldar fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət