Dünyanın ən uzun yelləncəyi - FOTO

Dünyanın ən uzun yelləncəyi - FOTO
Yaponiyanın Kitakyuşu şəhərində dairə şəklində quraşdırılmış 163 metr uzunluğunda çoxyerli yelləncək dünyanın ən uzun yelləncəyi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.


Arasinfo AZƏRTAC-a istinadən bildirir ki, bu polad konstruksiyada eyni vaxtda 100 nəfər yellənə bilər. Bildirilir ki, yelləncək Kyüçü adasının şimalındakı şəhərin “Hibikinada” əyləncə parkında quraşdırılıb.


“Ginnesin rekordlar kitabı”nın nümayəndələri şəxsən bu konstruksiyanın uzunluğunu ölçdükdən sonra onun dünyanın ən uzun yelləncəyi olduğunu təsdiq ediblər. Bununla əlaqədar rəsmi diplom yerli bələdiyyənin nümayəndəsinə təqdim olunub.
Həmin yelləncəyin inşası üçün yerli büdcədən 120 milyon yen (təqribən 1 milyon dollar) vəsait sərf olunub.
Bundan əvvəl dünyanın ən uzun yelləncəyinin Niderlanddakı parkda yerləşdiyi və uzunluğunun 133 metrə bərabər olduğu bildirilirdi.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət