Hamı bu həbsxanaya düşmək istəyir - İçini görənlər gözlərinə inanmır / FOTOLAR

Hamı bu həbsxanaya düşmək istəyir - İçini görənlər gözlərinə inanmır / FOTOLAR
Həbsxana deyincə insanın ağlına ağır şəraiti, kiçik otaqları olan tikili gəlir. Lakin Norveçdə yerləşən Halden həbsxanası super şəraiti ilə diqqət mərkəzinə düşür.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Halden həsbxanasında məhkumların rahatlığı üçün bütün şərait yaradılıb. Burda məhkumların özəl otaqları, yemək qabları və digər əşyaları var. Təcridxana internet və tv ilə təmin olunub. Bildirilir ki, Norveç hökuməti bu yolla məhkumların həyata baxışını formalaşdırmağa çalışır.
Qeyd edək ki, Noveçdə ömürlük həbs cəzası olmadığından hakim dairələr məhkumları yeni həyata hazırlamaq üçün bəzi tədbirlər görür. Həbsxanadakı şəraitin normal olması da bu tədbirlərin əsasını təşkil edir.

Lakin bəzi dairələr hesab edir ki, həbsxanalarda yaxşı şəraitin olması, insanları cinayət törətməyə sövq edir.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət