Dünyanın ən böyük hava limanının tikintisi başa çatıb

Dünyanın ən böyük hava limanının tikintisi başa çatıb
Çinin paytaxtı Pekində dünyanın ən böyük "Dasin" beynəlxalq hava limanının tikintisi başa çatıb.

Trend-in məlumatına görə, dünyanın ən böyük hava limanının tikintisinə 60 milyard dollara yaxın vəsait xərclənib.

"Qızıl simurq" formasında yalnız bir terminalı və 1 milyon kvadrat metr ərazisi olan hava limanının açılışı sentyabrın 30-una nəzərdə tutulub.

Qeyd edək ki, "Dasin" hava limanı Pekinin cənubunda, şəhərin mərkəzində 46 kilometr aralıda yerləşir. Hava limanın tikintisi 2016-cı il 15 mart tarixində başlamışdı.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət