Azərbaycan XİN avtobus qəzasında həyatını itirənlərlə əlaqədar Rusiyaya başsağlığı verib

Azərbaycan XİN avtobus qəzasında həyatını itirənlərlə əlaqədar Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar.

Qeyd edək ki, bu gün Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət