Qaxda intihara cəhdin qarşısı alınıb

Qaxda intihara cəhdin qarşısı alınıb

Qax rayonunda intihara cəhd edən 21 yaşlı gənc son anda yaxınları tərəfindən xilas edilib.

APA-nın məlumatına görə, hadisə noyabrın 29-u axşam saat 23 radələrində rayonun Marsan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Heydər Vaqif oğlu Əliyev intihar etmək məqsədi ilə özünü yaşadığı kəndin ərazisində ağacdan asıb. H.Əliyev son anda yaxınlarının köməkliyi ilə xilas edilib.

O, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət