Bakıda yanğın...

Bakıda yanğın...
Noyabr ayının 15-i gecə saat təxminən 1-2 radələrində, Bakının Xətai rayonu, Neapol küçəsi 46/48 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verib. Həmən ünvanda yaşayan bina sakini, tanınmış jurnalist həmkarımız, "Dövlət və Qanun" qəzetinin baş redaktoru, Yasəmən Möhübbətqızı da baş vermiş yanğın hadisəsinin şahidi olub.
"Gecə saatlarında yaşadığım hündürmərəbəli binanın mansar deyilən hissəsində yanğın baş verib. Hadisə zamanı FHN-nin və DİN-nin əməkdaşlarının fəallığı məni heyran etdi. Sakinlərin təhlükəsiz evakusiya edilməsi prosesini olduqca çevik və yüksək peşəkarlıqla həyata keçirdilər. Polis əməkdaşları qarışıqlıq zamanı baş verəcək digər xoşagəlməz halların baş verməməsi üçün lazimi tədbirlər gördülər. Mən hər iki nazirliyin, (FHN və DİN) əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm. Biz Azərbaycan vətəndaşı olaraq fəxr etməliyik ki, dövlətimizdə belə peşəkar, işinə ürəknən yanaşan və müasir lazımi avadanlıqlarla təchiz olunmuş nazirliklərimiz var", deyə Yasəmən Möhübbətqızı bildirmişdir.


P.s. Yasəmən Möhübbətqızı yanğınla bağlı daha sonra aşağıdakı məlumatları da əlavə edərək deyib:
"Əsasən mansar və 16-cı mərtəbələrdə yanğın çox olub. 15 -ci mərtəbə qismən ziyan çəkib. Bütün komunikasiya xətləri keçən "ŞİT" deyilən hissə 2 ci blokda bütünlüklə sıradan çıxıb. Yanğın baş verən blokda işıq , telefon istilik sistemi, internet, damafon təmamilə sıradan çıxıb. qeyd edim ki, binaya təbii qaz çəklişi hələ başa çatmamışdı. Sakinlər bütün evlərdə qaz balonlardan istifadə edirlər. Əgər yanğının qarşısı vaxtında alınmasaydı qaz balonlarının partlaması dəhşət törədərdi. Bu gün sakinlər komunikasiya bərpa olunana qədər binanı tərk edirlər.
Şükür ki, belə qurtardıq"!.
Qeyd edək ki, Bakı Meri Eldar Əzizov və Xatai rayonunun yeni təyin olunmuş İcra Başçısı Rafiq Quliyev də gecə saatlarında yanğının baş verdiyi ünvanda olublar.
Bakıda yanğın...
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət