Şəkidə bir neçə gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada dünyasını dəyişib

Şəkidə bir neçə gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada dünyasını dəyişib

Şəkidə iki həftə əvvəl yük maşını tərəfindən vurulan piyada xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan, rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Hüseyn Yunus oğlu Qeysəddinov oktyabrın 27-dən 28-nə keçən gecə aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, H. Qeysəddinov oktyabrın 16-da Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisində yolu keçmək istəyən zaman rayon sakini İntizar Şəmiyev idarə etdiyi "Mercedes" markalı yük avtomobili tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət