Saltuk Düzyol: TANAP-la Azərbaycan Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdı

Saltuk Düzyol: TANAP-la Azərbaycan Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdı
TANAP layihəsi Azərbaycanla Türkiyənin uzun illər birgə səyləri nəticəsində ərsəyə gəlib. Hazırda bunun sevincini yaşayırıq.

Bu sözləri TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

Layihənin həyata keçməsi ilə Azərbaycanın Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdığını vurğulayan S.Düzyol deyib: “Bununla Azərbaycan, eyni zamanda, Türkiyənin də ikinci qaz tədarükçüsü oldu. Türkiyə artıq uzun illərdir qaz ehtiyacını Rusiya və İran qazı ilə qarşılayırdı. Burada Azərbaycan üçüncü tədarükçü idi. Lakin TANAP-la Azərbaycan Türkiyənin qaz ehtiyacını qarşılayan ikinci böyük dövlətə çevrildi”.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət