Ləğv olunan banklarda fiziki şəxslərə kreditor tələblərinin ödənilməsinə gələn həftə başlanacaq

Ləğv olunan banklarda fiziki şəxslərə kreditor tələblərinin ödənilməsinə gələn həftə başlanacaq

Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə bildirilib ki, fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət