Azərbaycan boksçuları lisenziya turnirinə son hazırlığı Türkiyədə keçəcək

Azərbaycan boksçuları lisenziya turnirinə son hazırlığı Türkiyədə keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Apasport.az saytının məlumatına görə, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışının son mərhələsini Kastamonuda keçəcək.

Məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov, Maqsud Xasmetov (hər üçü 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (hər ikisi 69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominqes, Cəbrayıl Yelekov (hər ikisi 81 kq), Rauf Rəhimov, Osnay Benkomo, Sadiq Səmədov, Abdulqadir Abdullayev (hamısı 91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) sınaqdan keçirəcək. Martın 1-də bitəcək məşqlər Türkiyə və Bolqarıstan yığmaları ilə birgə olacaq.

Komandamızın lideri, üçqat dünya çempionu və Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) isə hazırda Londonda təlim-məşq toplanışındadır. O, millimizin məşqlərinə sonradan qoşulacaq.

Qeyd edək ki, toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyır. Londonda Avropa Olimpiya Təsnifat Turniri martın 13-23-də, Parisdə Dünya Olimpiya Təsnifat Turniri mayın 13-24-də olacaq.
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət