Azərbaycan yığması böyük hesabla uduzub

Azərbaycan yığması böyük hesabla uduzub

Qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, milli komanda AVRO-2021-in seçmə qrup mərhələsində ilk ev matçında qüvvəsini sınayıb.

İlk görüşünü səfərdə İspaniyaya qarşı keçirən futbolçularımız 0:4 hesablı məğlubiyyətdən sonra doğma divarlar arasında Çexiya ilə görüşüb. Komandamız bu dəfə də böyük hesabla uduzub. “ASCO Arena”dakı matçda dörd qol vuran Çexiya isə Bakını qələbə ilə tərk edib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 10-da keçirəcək. Milli səfərdə Moldova ilə qarşılaşacaq.

Avro-2021-in seçmə qrup mərhələsi
D qrupu
7 noyabr
19:00. Azərbaycan – Çexiya – 0:4
Qollar: Lüsi Vonkova, 36, 69, Andrea Staşkova, 60, Kamila Dubtsova, 73
Baş hakim: Maria Marotta
Baş hakimin köməkçiləri: Françeska Di Monte, Tiziana Trasçiatti
Dördüncü hakim: Silvia Qasperotti (hamısı İtaliya)
Bakı. “ASCO Arena”
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət