Viktoriya Bekhem: Devid ən gözəl ər və atadır

Viktoriya Bekhem: Devid ən gözəl ər və atadır

45 yaşlı Viktoriya və 44 yaşlı Devid Bekhemlər artıq 20 ildən artıqdır ki ailə həyatı yaşayırlar. Onlar dünyada ən populyar cütlük olaraq qalmaqdadırlar. Sevgililərin dörd uşağı var: üç oğlan və bir qız.

Bu yaxınlarda müsahibə verən Viktoriya bildirib ki, Devid ən gözəl ər və atadır. Modelyer intim həyatlarından da razıdır.


“Bizim seksual həyatımız haqqında narahat olmayın. Devid çox cazibədardır, gözəl ər və uşaqlar üçün fantastik atadır. O yorulmadan işləyir. Biz onunla ruhən yaxınıq və ona rast gəldiyimə görə xoşbəxtəm”, - deyə Viktoriya qeyd edib.

Ər arvad həqiqətən bir yerdə çox vaxt keçirirlər. Bütün ailə ilə onlar planetin müxtəlif yerlərində istirahət edirlər. Yayın sonunda onları İtaliyada dostları Elton Conun yaxtasında görüblər.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət