Dağıstanda məscid binasında yanğın olub

Dağıstanda məscid binasında yanğın olub

Dağıstanda məsciddə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Məlumata görə, yanğın Dağıstanın Xasavyurt şəhərində məscid və yemək otağının yerləşdiyi binanı məhv edib. Bildirilir ki, yanğının sahəsi təxminən 350 kvadrat metr olub.

“Xasavyurt şəhərində, Bamotovski magistral yolunun 13-cü kilometrliyində, üçmərtəbəli məscid binasında və 350 kvadratmetr sahəsi olan yeməkxanada yanğın baş verib”, - deyə məlumatda bildirilib.
Qurum qeyd edir ki, yanğın nəticəsində zərərçəkənlər olmayıb.
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət