Gədəbəydə yaşlı qadın evində diri-diri yandı

Gədəbəydə yaşlı qadın evində diri-diri yandı

Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır./trend
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət