Bakıda marketdən oğurluğa cəhd edilib

Bakıda marketdən oğurluğa cəhd edilib

Bakının Nəsimi rayonunda oğurluğa cəhd olub.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs ərazidə yerləşən "Oba" marketin kassasından oğurluq etmək istəyib. Bu zaman həyacan siqnalı işə düşüb. Əraziyə Nəsimi Rayon Mühafizə Polisinin əməkdaşları cəlb edilib.

Oğurluğa cəhd edən şəxs hadisə yerindən qaçıb.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət