“Ölkə Prezidenti də hər zaman yeniliklərə, dəyişikliklərə açıq insan olub...”

“Ölkə Prezidenti də hər zaman yeniliklərə, dəyişikliklərə açıq insan olub...”

Son 26 ildə, o cümlədən, 20o3-cü ildən bu yana ölkədə hər zaman kadr dəyişiklikləri, kadr yenilənmələri, kadr və sruktur islahatları həyata keçirilib, bu gün də belədir, bundan sonra da belə olacaq. Bu, davamlı, geridönməz bir prosesdir. Kimlərlə yola davam edilməsi lazım bilinibsə, bilinib, kimlərlə yola davam edilməsi bu məqamda məqbul sayılmayıbsa, sayılmayıb.

Hər zaman xidmətlərə, fəaliyyətə görə də minnətdarlıq bildirilib, uğurlar arzulanıb. Kimsə diqqətdən, qayğıdan kənarda qalmayıb, təbii ki, işində böyük qüsurlara, nöqsanlara yol verməyənlərdən, dövlətə, dövlətçiliyə daim sadiq olanlardan gedir. Çünki sədaqətsizlik, xəyanət bağışlanılmzadır və bağışlanılmır, qınanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin dünənki sərəncamları-kard təyinatları, kadr dəyişiklikləri, struktur yenilənmələri də məhz məlum prosesin tərkib hissədir, son 26 ildə həyata keçirilən və geridönməz xarakter daşıyan prosesin.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, dəyişiklik, yenilənmə dövrün, zamanın tələbidir və bundan geri qalmaq olmaz.

“Ölkə Prezidenti də hər zaman yeniliklərə, dəyişikliklərə açıq insan olub, bütün fəaliyyəti boyu dəyişikliklərə, yenilənmələrə, ilklərə imza atıb. Sonuncu müşavirəsində də cənab Prezident aparılan kursa bir daha sadiqliyini nümayiş etdirərək, kadr və srtukrur məsələsində dəyişikliklərin, yenilənmələrin, cavanlaşmanın olacağını bildirmiş və hər zaman sözünə, vədinə sadiq qaldığı kimi, bu dəfə də vədinə, sözünə dərhal əməl edərək, prosesin növbəti mərhələsinə start vermişdi.

Dünənki sərəncamlar, addımlar da həmin mərhələnin növbəti uğurlu davamı oldu. İstər vəzifədən gedən insanlar Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında xidmətləri olan insanlardır, istərsə də yenidən etimada layiq görülənlər, yeni təyinat alan şəxslər Heydər Əliyev və İlham Əliyev kursuna sadiq olan peşəkarlar, Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak, töhfə verən kadrlardır.

İstər Anar Ələkbərov, istər Məhərrəm Əliyev, istər Ədalət Vəliyev, istər İsrafil Məmədov, istərsə də digərləri bu etimada layiq insanlardır, öz fəaliyyətləri, öz xidmətləri ilə. Hər biri öz işinin illərdir peşəkarlarıdır. İnanırıam və qəti əminəm ki, onlar bundan sonrakı fəaliyyətlərində də ölkədə həyata keçirilən islahatlar prosesinə, Azərbaycan dövlətinin tərəqqisinə və çiçəklənməsinə öz töhfələrini verəcək, onlara göstərilən etimadı yenə də tam doğruldacaqlar”-deyən millət vəkilinin eyni zamanda bildirdiyinə görə, ölkədə növbədənkənar parlament seçkilərinə hazırlaşılması, yeni ruhlu, yeni ab-havalı parlamentin formalaşdırılması ölkəmizin dünyada yerinin möhkəmləndirilməsinə, demokratik imicinin daha da artırılmasına, yüksəldilməsinə xidmət edəcək.

“Yeni parlament həyata keçirilən islahatlar prosesində daha önəmli yerini alacaq. Bu günə kimi 5 çağırış seçkilər keçirib, 5 çağırış parlament fəaliyyət göstərib və əksəriyyət etibarı ilə millət vəkilləri, ali qanunverici orqan Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olub, öz müsbət rolunu oynayıb. Və növbəti yeni tərkibli parlament də məhz belə olacaq, əvvəlkilərdən daha çox islahatlar prosesinin, 26 illik kursunun fəal iştirakçısına çevriləcək. Buna kimsənin şebhəsi olmasın!”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət