Türkiyə Suriyanın şimalında kürdlərə aid bazalara zərbələr endirib

Türkiyə Suriyanın şimalında kürdlərə aid bazalara zərbələr endirib

Türkiyə aviasiyası “Suriya demokratik qüvvələri”nin (SDF) Suriyanın Haseke əyalətindəki ərəb-kürd bölmələrinin bazasına zərbələr endirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livanın “al-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar Tavil bölgəsində həyata keçirilib. Kürd döyüşçüləri arasında itki və yaralananlar barədə məlumat verilməyib.

Telekanal öz məlumatında bildirir ki, Türkiyə aviasiyası gün ərzində sərhəd ərazisi üzərində intensiv uçuşlar edib və yalnız axşam SDF qərargahına hücuma keçib. Türkiyə aviasiyasının uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada kürd terror birləşmələrinə qarşı hərbi əməliyyatın başlaması ilə bağlı verdiyi açıqlamalar fonunda edilib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət